EN

Prins Ovusu “Qəbələ” ilə 3 illik müqaviləyə imza atdı

Yeni mövsümün hazırlığını davam etdirən “Qəbələ” 19 yaşlı qanalı sol cinah vingeri Prins Ovusu ilə peşəkar müqavilə bağlayıb.

Arena.az bu barədə əyalət klubunun rəsmi saytına istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, Ovusu ilə 3 illik müqavilə imzalanıb.

Xatırladaq ki, Prins Ovusu ötən mövsümdə “Qəbələ”nin U-19 komandasının formasını geyinib. O, bu komanda ilə U-19 Liqasının gümüş mükafatçısı olub. Qanalı vinger keçirdiyi 14 oyunda 11 qol və 5 assistə imza atıb.

“Qəbələ” daha öncə Müşviq Nadirov, Samir Həsənov, Ruslan Voronsov, İbrahim Ramazanov, Oçe Oçoveçi və Elvin Yunuszadə ilə yollarını ayırmışdı. Emil Süleymanov isə “Şamaxı”ya icarəyə verilib.

Chosen
26
41
arena.az

10Sources