EN

Türkiyədə meşə yanğınları 4,5 milyon əhalisi olan İzmirə yaxınlaşır

Xalqcebhesi portalından verilən məlumata əsasən, ain.az bildirir.

Reuters xəbər verir ki, Türkiyədə 4,5 milyon insanın yaşadığı İzmir yaxınlığında meşə yanğınları qeydə alınıb.

Agentliyin məlumatına görə, alov İzmirdən 80 kilometr aralıda yerləşən Çeşmə bölgəsində yaşayış məntəqələrini bürüyüb.

Hakimiyyət orqanları yolları bağlayıb və əyalətdən 42 mindən çox insan təxliyə edilib. Güclü külək yanğının çox sürətlə yayılmasına səbəb olur.

Türkiyənin daxili işlər naziri Əli Yerlikaya ölkənin qərbində baş verən yanğında 200-ə yaxın evin zərər gördüyünü bildirib.

Xatırladaq ki, cümə axşamı, iyulun 3-də Antalya vilayətində, eləcə də İstanbul yaxınlığındakı bölgədə meşə yanmağa başlayıb.

Son məlumata görə, iki nəfər ölüb: yaşlı kişi və meşə təsərrüfatı işçisi. Meşə yanğınlarının səbəbi anomal istilər və aşağı rütubətdir. Güclü külək vəziyyəti daha da ağırlaşdırır.

Cavid

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
12
19
icma.az

10Sources