EN

Ukrayna və Amerika şirkəti pilotsuz uçuş aparatlarının istehsalının genişləndirilməsi barədə Memorandum imzalayıb

Ukrayna və ABŞ-ın “Swift Beat” şirkəti pilotsuz uçuş aparatlarının (PUA) istehsalının genişləndirilməsi barədə Memorandum imzalayıb. Bu sənəd çərçivəsində Ukrayna Silahlı Qüvvələri (USQ) raketlərin məhv edilməsi üçün zəruri olan dronlar əldə edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, memorandumu Ukraynanın müdafiə naziri Rustem Umerov və “Swift Beat” şirkətinin baş direktoru Erik Şmidt Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı ilə Danimarkada imzalayıblar.

Bu əməkdaşlıq sayəsində Ukraynaya pilotsuz uçuş aparatlarının tədarük həcminin əhəmiyyətli dərəcədə artacağı gözlənilir. Söhbət bu il yüz minlərlə drondan və 2026-cı ildə daha da böyük həcmdə tədarükdən gedir.

Prezident Administrasiyasının məlumatına görə, şirkət Ukrayna Silahlı Qüvvələri üçün Rusiya dronlarını və raketlərini məhv etmək məqsədilə istifadə olunan dronlar, kəşfiyyat, müşahidə, atəşin tənzimlənməsi və logistika üçün kvadrokopterlər, eləcə də düşmən hədəflərinin vurulması üçün ortasəviyyəli zərbə dronları istehsal edəcək.

Bundan əlavə, innovativ həllərin hazırlanması da planlaşdırılır. Söhbət qanadlı və ballistik raketləri tutmaq üçün dronlardan, avtomatik qüllələrdən və kəşfiyyat platformalarından gedir.

Ukraynanın müdafiə naziri Rustem Umerov bildirib ki, pilotsuz uçuş aparatlarının kütləvi tətbiqi bu müharibənin əsas xüsusiyyətlərindən birinə çevrilib. O, bildirib ki, insanları, şəhərləri və kritik infrastrukturu effektiv şəkildə qorumaq üçün Ukrayna dron arsenalını artırır.

Nazir qeyd edib ki, Ukrayna hərbi bölmələrin hər birinin müasir kəşfiyyat, müşahidə və zərbə vasitələri ilə təmin olunması üzərində işlər aparılır.

Chosen
18
43
ikisahil.az

10Sources