sport24.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
"Napoli" 29 yaşlı kamerunlu yarımmüdafiəçi Andre Zambo Angissa ilə müqaviləni daha bir il müddətinə uzadıb. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano sosisal şəbəkə hesabında məlumat verib.
Mənbənin sözlərinə görə, neapolluların afrikalı yarımmüdafiəçi ilə müqaviləsi 2027-ci ilin iyun ayına kimi qüvvədə olacaq.
Qeyd edək ki, Angissa 2022-ci ilin yayında 19 milyon avro qarşılığında "Fulhem"dən "Napoli"yə keçib. O, ötən mövsüm İtaliya klubunun heyətində bütün turnirlərdə 37 oyun keçirib, 6 qol vurub və 5 məhsuldar ötürmə edib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.