Fanat saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
"Napoli" kamerunlu yarımmüdafiəçisi Andre Zambo Anqissa ilə müqavilə yeniləyib.
Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Mənbə afrikalı futbolçunun Neapol təmsilçisi ilə indiki anlaşmasının müddətinin 2027-ci ilin yayına qədər nəzərdə tutulduğunu vurğulayıb.
Andre Zambo "Napoli"yə 2022-ci ilin yayında, 16 milyon avro qarşılığında "Fulhem"dən transfer olunub. Ötən mövsüm son İtaliya çempionunun forması ilə bütün turnirlərdə 37 matça çıxan orta xətt oyunçusu 6 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.