“Roma”nın hücumçusu Eldor Şomurodov karyerasını Türkiyədə davam etdirəcək.
İdmanxeber.az-ın məlumatına görə, futbolçu “Başakşəhər”ə transfer olunacaq. İtaliya təmsilçisi 30 yaşlı Şomurodovu 7-8 milyon avroya satmağı planlaşdırır.
Özbək futbolçu 2024/25 mövsümündə bütün klub turnirlərində 37 oyuna çıxaraq, 7 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.