EN

Qəzzadan İsrailə daha bir hücum -37 fələstinli öldü

İsrail ordusunun bu gün səhər saatlarından etibarən Qəzza zolağına həyata keçirdiyi intensiv hava hücumları nəticəsində azı 37 fələstinli həyatını itirib, onlarla insan isə yaralanıb.

Redaktor.az bu barədə xarici KİV-ə istinadla xəbər verir.

Məlumata görə, həlak olanlardan 15-i humanitar yardım gözləyən mülki şəxslərdir.

Şahidlərin bildirdiyinə görə, İsrail hücumları yerindən edilmiş mülki şəxslərin yerləşdiyi çadırları, bir məktəbi, və sakin evlərini hədəf alıb.

Beynəlxalq ictimaiyyətin artan təzyiqlərinə baxmayaraq, Qəzzadakı mülki əhaliyə qarşı hücumlar davam edir. Humanitar böhran daha da dərinləşməkdədir.

Nuriyyə NATİQQIZI

Chosen
32
23
redaktor.az

10Sources