EN

"Napoli" Zambo-Anqissa ilə bağlı qərarını verib

"Napoli"nin yarımmüdafiəçisi Andre Zambo-Anqissa klubu ilə yeni müqavilə imzalayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano məlumat yayıb.

Tərəflər müqavilənin bir mövsüm uzadılması variantını aktivləşdirməyə qərar veriblər.

İndi 29 yaşlı kamerunlu futbolçunun müqaviləsi 2027-ci ilin ortalarına kimi hesablanıb.

Zambo-Anqissa 2022-ci ilin yayında Londonun "Fulhem" klubundan İtaliyanın top klubuna keçib.

Ötən mövsüm yarımmüdafiəçi komandanın heyətində 37 matçda iştirak edib, 6 qol vurub və 5 məhsuldar ötürmə edib.

Chosen
8
4
operativmm.az

10Sources