EN

Nazirlik idman avadanlıqlarına 2 milyon manat xərcləyəcək

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi idman inventarının və digər avadanlıqların satın alınması üçün keçirdiyi tenderə yekun vurub.

Dövlət qurumu Toyota markalı avtomobilə 100 mindən çox pul ödədi

FED.az xəbər verir ki, satınalmanın qalibi "ST Mark" QSC olub. Şirkətlə bağlanacaq müqavilənin ümumi dəyəri 1.999.999,98 manat təşkil edir.

Müsabiqə üzrə ehtimal olunan qiymət 2.135.692,75 manat idi. Beləliklə, nəticədə dövlət büdcəsinə 135.692,77 manat qənaət edilib ki, bu da təxminən 6,35% daha ucuz təkliflə nəticələnib.

Qeyd edək ki, "ST Mark" QSC 2007-ci ildə yaradılıb, nizamnamə kapitalı 2 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Fərxan İsmayılov Məhəmmədhüseyn oğludur. Hüquqi ünvanı AZ1022, Bakı Şəhəri Nəsimi Rayonu, Cəlil Məmmədquluzadə, Ev 102a ünvanında yerləşir.

Chosen
8
5
fed.az

10Sources