“Qanun bir qədər gecikmiş qanundur. Çünki Azərbaycanda ən çox əziyyət çəkən polis orqanlarıdır. Polisin gecəsi-gündüzü yoxdur və ən az maaş alanlar da polislərdir. Bu qanun layihəsi onların sosial təmiantını artırmaq üçün vacibdir”.
Bizim.Media xəbər verir ki, bunu parlamentin bugünkü iclasında deputat Aqil Abbas “Polis haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.
Millət vəkili polislərin əmək haqlarının artırlmasını təklif edib:
“Azərbaycan polisi keçmiş sovet ölkələri arasında ən fəal iştirak edən polislərdir. Ölkənin təhlükəsizliyinin qorunmasında fəaldırlar. Birinci Qarabağ savaşında da vuruşan polislər idilər. Polis orqanlarının 62 Milli qəhrəmanı var. Ona görə onların əməyinin qiymətləndirilməsi çox gözəldir. Çox arzu edirəm ki, polislərin maaşı artırılsın. Necə ki, bu qanun layihəsi ona xidmət edir”.
Günay Şahmar, Bizim.Media