Olaylar.az xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti bəyan edib.
Qeyd olunan narahatlıqlarla əlaqədar bildirmək istəyirik ki, ölkəmizin əsas internet daşıyıcıları tərəfindən Qlobal İnternet şəbəkəsinə bağlantı mübadilə olan internetin tutumu nəzərə alınmaqla coğrafi baxımdan bir neçə istiqamətdə alternativlərlə tam təmin olunmuşdur. Bu səbəbdən də ölkəmizin internet trafikinin daşınmasında konkret bir ölkədən asılılığı yoxdur.
Eyni zamanda bildirmək istəyirik ki, AzstateNet şəbəkəsi üzərindən fəaliyyətləri təmin olunmuş dövlət informasiya ehtiyatlarının internet təminatında alternativlik prinsipi tətbiq olunmuş, informasiya təhlükəsizliyi üzrə tədbirlər isə 24/7 rejimində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən monitorinq olunmaqdadır.