AZ

Dövlət Xidməti: İnternet bağlantısının dayanıqlılığı və informasiya təhlükəsizliyi təmin olunur

Azərbaycanda internet bağlantısının dayanıqlılığı və informasiya təhlükəsizliyi təmin olunur.

“İki sahil” xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti bəyan edib.

"Son zamanlar baş verən hadisələrin fonunda bəzi media subyektlərində ölkəmizin qlobal İnternet şəbəkəsinə bağlantısında problemlərin yaranma ehtimalı və informasiya təhlükəsizliyinə təhdidlərlə bağlı məlumatlar yayılmaqdadır. Qeyd olunan narahatlıqlarla əlaqədar bildirmək istəyirik ki, ölkəmizin əsas internet daşıyıcıları tərəfindən Qlobal İnternet şəbəkəsinə bağlantı mübadilə olan internetin tutumu nəzərə alınmaqla coğrafi baxımdan bir neçə istiqamətdə alternativlərlə tam təmin olunmuşdur. Bu səbəbdən də ölkəmizin internet trafikinin daşınmasında konkret bir ölkədən asılılığı yoxdur. Eyni zamanda bildiririk ki, "AzstateNet" şəbəkəsi üzərindən fəaliyyətləri təmin olunmuş dövlət informasiya ehtiyatlarının internet təminatında alternativlik prinsipi tətbiq olunub, informasiya təhlükəsizliyi üzrə tədbirlər isə 24/7 rejimində monitorinq olunmaqdadır", - deyə açıqlamada qeyd olunub.

Seçilən
8
50
ikisahil.az

10Mənbələr