AZ

XRİTDX: İnternet bağlantısının dayanıqlılığı və təhlükəsizliyi təmin olunur

Azərbaycanda internet bağlantısının dayanıqlılığı və informasiya təhlükəsizliyi təmin olunur.

Bu barədə Bakues.az Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə istinadən xəbər verir.

Qeyd edilib ki, son zamanlar baş verən hadisələrin fonunda bəzi media subyektlərində ölkəmizin Qlobal İnternet şəbəkəsinə bağlantısında problemlərin yaranma ehtimalı və informasiya təhlükəsizliyinə təhdidlərlə bağlı məlumatlar yayılmaqdadır. Qeyd olunan narahatlıqlarla əlaqədar bildirmək istəyirik ki, ölkəmizin əsas internet daşıyıcıları tərəfindən Qlobal İnternet şəbəkəsinə bağlantı mübadilə olan internetin tutumu nəzərə alınmaqla coğrafi baxımdan bir neçə istiqamətdə alternativlərlə tam təmin olunmuşdur. Bu səbəbdən də ölkəmizin internet trafikinin daşınmasında konkret bir ölkədən asılılığı yoxdur.

“Eyni zamanda bildirmək istəyirik ki, AzstateNet şəbəkəsi üzərindən fəaliyyətləri təmin olunmuş dövlət informasiya ehtiyatlarının internet təminatında alternativlik prinsipi tətbiq olunmuş, informasiya təhlükəsizliyi üzrə tədbirlər isə 24/7 rejimində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən monitorinq olunmaqdadır”-məlumatda qeyd edilib.

Seçilən
0
43
icma.az

10Mənbələr