EN

Mərkəzi Bank “Unibank”a icrası məcburi sərəncam verdi

“Unibank” Kommersiya Bankı ASC tərəfindən inzibatçı vəzifəsinə dəyişiklik barədə Mərkəzi Banka vaxtında yazılı bildiriş verilməməsi səbəbindən məcburi sərəncam verilib.

Tribunainfo.az xəbər verir ki, Mərkəzi Bank həmin pozuntu ilə əlaqədar “Banklar haqqında” Qanununun (Qanun) 15.2-ci maddəsinin tələbinin pozulmasına görə qanunun 47-ci maddəsinə əsasən “Unibank”a icrası məcburi sərəncam göndərib. Sərəncamda bankdan gələcəkdə belə halların qarşısını almaq üçün daxili prosedurlarını təkmilləşdirməsi tələb edilib.

Xatırladaq ki, cari ildə 2 dəfə – yanvar və may aylarında da Azərbaycan Mərkəzi Bankı tərəfindən “Unibank”a icrası məcburi sərəncam verilib.

Chosen
6
4
tribunainfo.az

10Sources