"Tarqovu" ərazisində fəaliyyət göstərən hazır "restopub" biznesi satışa çıxarılıb. Satışın səbəbi sahibkarın ölkədən getməsi ilə bağlıdır.
Valyuta.az-ın məlumatına görə, məkan həftənin ilk üç günü (bazar ertəsi – çərşənbə axşamı) gündəlik 600–800 manat arası gəlir gətirir. Həftənin dördüncü günündən bazar gününə qədər isə bu rəqəm 1000–1500 manat arasında dəyişir.
Biznesin iki aktiv sosial şəbəkə səhifəsi və məkanın əlaqə nömrəsi də yeni sahibə təhvil veriləcək. Bar hissəsində 3–4 min manat dəyərində içki ehtiyatı, həmçinin eyni məbləğdə qiymətləndirilən masalar, mətbəxdə isə 4–5 min manatlıq avadanlıq və qab-qaçaq var. Bütün bu inventar ümumilikdə 12–13 min manat dəyərində qiymətləndirilir və satışa daxildir.
Obyektin ümumi sahəsi 120 kvadratmetrdir və aylıq icarə haqqı 2000 manat təşkil edir.
Qeyd edək ki, obyekt 12 000 manat qiymətlə satışa çıxarılıb.
Mayya Hüseynova