AZ

Aylıq 4000 manat gəliri olan "Papa John's" satılır

Bakının mərkəzi hissəsində, "Atatürk prospekti" ilə "Heydər Əliyev küçəsi"nin kəsişməsində yerləşən "Papa John's satışa çıxarılıb.

Valyuta.az xəbər verir ki, vergilər çıxıldıqdan sonra sahibinə təmiz gəlir kimi aylıq 4000 manat qalır.

Ümumi sahəsi 150 kvadratmetr (110 kv.m əsas sahə və 40 kv.m zirzəmi) olan obyekt altımərtəbəli oblisovkalı binanın birinci mərtəbəsində yerləşir.

Tam təmirli vəziyyətdədir və qeyri-yaşayış çıxarışı mövcuddur. Hazırda 2014-cü ildən 2034-cü ilə qədər müddətli icarə müqaviləsi əsasında aylıq 4651 manat icarə haqqı ilə istifadəyə verilib. 

"Papa John's"un yerləşdiyi ərazi yüksək insan axınına malikdir. Ətrafda "Gənclik" metrostansiyası, ticarət mərkəzləri, parklar, marketlər, ictimai nəqliyyat dayanacaqları, banklar, "Bakı Kliniki Mərkəzi", "ADA Universiteti"nin yataqxanası və digər infrastruktur obyektləri yerləşir.

Obyekt 1 100 000 manat qiymətlə satışa çıxarılıb.

Mayya Hüseynova

Seçilən
83
valyuta.az

1Mənbələr