EN

İnformasiya təhlükəsizliyi strateji məsələdir - Spikerin müavini

 İnformasiya təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyinin ayrılmaz hissəsidir və bu sahədə kompromisə yol verilə bilməz. Bu barədə Milli Məclisin deputatı Musa Quliyev deyib. 

"Əgər bir ölkə informasiya təhlükəsizliyini təmin edə bilmirsə, saxta məlumatların yayılması ilə milli təhlükəsizlik təhdid altına düşür. Bu, mübahisə mövzusu deyil, strateji məsələdir," –  deputat vurğulayıb.

O bildirib ki, ictimaiyyətin və dövlət institutlarının sağlam informasiya mühitində fəaliyyət göstərməsi üçün ilk növbədə dəqiq, yoxlanılmış və təhlükəsiz məlumat axını təmin edilməlidir.

Deputat informasiya təhlükəsizliyi sahəsində hüquqi və texnoloji tədbirlərin gücləndirilməsinin vacibliyini bildirib.

Gülnar Nazimqızı 

Chosen
11
10
anews.az

10Sources