İqtisadi Əməkdaşlıq Təşkilatının Ağdamda Gənclər Forumu, Şuşada Biznes Forumu, Laçında Qadınlar Forumu keçirilib.
APA-nın Xankəndinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə görüşündə bildirib.
Prezident İlham Əliyev deyib ki, İƏT-in Təmiz Enerji Mərkəzinin fəaliyyətə başlaması istiqamətində işlər davam edir.