EN

“Xüsusi icra məmurları haqqında” yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib

Bakı. Trend:

Milli Məclis “Xüsusi icra məmurları haqqında” yeni qanunlayihəsini birinci oxunuşda qəbul edib.

Trend xəbərverir ki, yeni layihə parlamentin iyulun 4-də keçirilənnövbədənkənar sessiyası üzrə növbəti iclasında müzakirəyəçıxarılıb.

Layihə 6 fəsil, 38 maddədən ibarətdir.

Qanun xüsusi icra məmurlarının fəaliyyətinin təşkili vəfəaliyyətinə nəzarətlə bağlı ictimai münasibətləri, xüsusi icraməmurlarının hüquqi statusunu tənzimləyəcək.

Xüsusi icra məmuru qanunda nəzərdə tutulmuş məhkəmələrin vəqanunla icrası icra məmurlarına həvalə edilmiş digər orqanlarınsənədlərinin icrasını həyata keçirmək üçün xüsusi icra məmuruşəhadətnaməsi (bundan sonra şəhadətnamə) almış fiziki şəxs olacaq.Xüsusi icra məmuru məcburi icra orqanı statusuna malik olacaq,fəaliyyətini peşəkar əsaslarla həyata keçirəcək. Xüsusi icra məmurudövlət hakimiyyətinin nümayəndəsi hesab edilmir. Xüsusi icraməmurunun fəaliyyəti sahibkarlıq fəaliyyəti hesab olunmur.

Xüsusi icra məmurunun icra icraatı çərçivəsində qəbul etdiyiqərarlar hüquqi qüvvəsinə görə dövlət icra məmurunun qəbul etdiyiqərarlara bərabərdir. İcra sənədlərinin icrası ilə əlaqədar xüsusiicra məmurunun qanuni tələbləri Azərbaycan Respublikasınınərazisində bütün dövlət və bələdiyyə orqanları, hüquqi şəxslər,onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Xüsusiicra məmuruna icra sənədlərinin icrası ilə əlaqədar tələb olunanməlumatlar, sənədlər və onların surətləri dövlət və bələdiyyəorqanları, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fizikişəxslər tərəfindən tam və vaxtında verilməlidir.

Xüsusi icra sistemi Azərbaycanın inzibati ərazi vahidləri üzrəmüvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)tərəfindən müəyyən edilmiş mərhələlərdə tətbiq olunacaq.

Qanun layihəsi səsverməyə qoyularaq birincioxunuşda qəbul edilib.

Məqalədə:
Chosen
9
39
az.trend.az

10Sources