Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
"Bu gün bir icra məmurunun ortalama iş yükü 2 800-2 900 icra sənədidir".
Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında ədliyyə nazirinin müavini Toğrul Hüseynov "Xüsusi icra məmurları haqqında" yeni qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, bu, icra məmurlarına icra sənədlərinin vaxtında lazımi qaydada icra edilməsinə çətinliklər yaradır:
"Xüsusi icra məmurlarının dəstəyi ilə bu iş yükünün xeyli sayda azalmasına kömək olacaq".
Mərahim Nəsib
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.