AZ

“Xüsusi icra məmurları haqqında” Qanun layihəsinin məqsədi mövcud dövlət icra sisteminə dəstək verməkdir – Nazir müavini

Bakı. Trend:

“Xüsusi icra məmurları haqqında” Qanun layihəsinin məqsədimövcud olan dövlət icra sisteminə dəstək vermək, xarici təcrübədəözünü doğrultmuş xüsusi icra fəaliyyətinin ölkəmizdə də tətbiqinitəmin etməkdir.

Trend xəbərverir ki, bunu ədliyyə nazirinin müavini Toğrul Hüseynov MilliMəclisin bu gün keçirilən iclasında sözügedən qanun layihəsininmüzakirəsi zamanı çıxışında deyib.

Nazir müavini bildirib ki, bütövlükdə bu institut icra sisteminəçox mühüm dəstək verəcək:

“Yeni qanun layihəsi ilə xüsusi icra məmurlarına məcburi icraorqanı statusu verilir. Onlar bu qanun layihəsində nəzərdə tutulanməhkəmə və digər orqanların qərarlarının icrası üçün tamsəlahiyyətləndiriləcəklər. Bu baxımdan, onların statusu dövlət icraməmurlarının statusuna bərabərdir, dövlət icra məmurları üçünnəzərdə tutulan bütün icra mexanizmləri eyni zamanda xüsusi icraməmurları üçün də nəzərdə tutulur.

Bu səlahiyyətlər təkcə borcluların əmlak gəlirləri ilə bağlıtədbirlər görmək hüququ ilə məhdudlaşmayacaq. Həmçinin onlaraqərarın icrasından yayınan, icra məmurunun tələblərini yerinəyetirməyən şəxslər barəsində inzibati məsuliyyətlə bağlı tədbirlərgörmək, məhkəmə qərarlarının icrasına qərəzli münasibət göstərənşəxslərin cinayət məsuliyyətinə cəlbi üçün məsələ qaldırmaq kimisəlahiyyətlərin verilməsi də nəzərdə tutur.

T.Hüseynovun sözlərinə görə, dövlət icra məmurlarında olduğukimi, müzakirə edilən qanun layihəsi də qərarların icrası ilə bağlıxüsusi icra məmurunun tələblərinin bütün fiziki və hüquqi şəxslər,müəssisə, idarə və təşkilatlar üçün məcburi olduğunu müəyyən edir,bütün aidiyyəti şəxslərdən qərarların icrasına hörmətlə yanaşmağıtələb edir.

“Eyni zamanda, xüsusi icra məmurlarının peşə bacarıqlarınınformalaşdırılması və inkişafı daim diqqət mərkəzində saxlanılacaq,onların fəaliyyətinin təşkili, həyata keçirilməsi ciddi şəkildənəzarət mexanizmlərindən keçiriləcək və davamlı monitorinqolunacaqlar”, - deyə o fikrini tamamlayıb.

Seçilən
3
50
az.trend.az

10Mənbələr