EN

Gürcüstanın Baş naziri: “ABŞ-nin əvvəlki administrasiyası Gürcüstana düşmən münasibət bəsləyirdi” – ÖZƏL

Olaylar.az xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze "Imedi TV"yə açıqlamasında bildirib ki, keçmiş səfir Robin Dannigan ABŞ-nin əvvəlki administrasiyasını təmsil edir və həmin administrasiya dövründə Gürcüstan-Amerika münasibətlərində ciddi problemlər yaşanıb. Baş nazirin sözlərinə görə, bu problemlərin əsas səbəbi həmin administrasiyanın Gürcüstan demokratiyasına qarşı düşmən münasibəti olub.

Kobaxidze qeyd edib ki, o dövrün bir çox bürokratları bu düşmənçilik siyasətinin "ortaq iştirakçıları" olublar və bu, səfirin Gürcüstan demokratiyası haqqında danışarkən nəzərə almalı olduğu bir məqamdır.

"Dörd il ərzində əvvəlki administrasiyanın nümayəndələri Gürcüstanın demokratik sisteminə qarşı çıxıblar. Senator Ceyms Devid Vens bu məsələ ilə bağlı danışarkən, ünvan olaraq məhz Gürcüstandakı demokratik sistemə qarşı çıxan Avropa bürokratiyasını və ABŞ-nin əvvəlki administrasiyasını nəzərdə tuturdu. Onlar ölkəmizdə dörd inqilab təşkil etmişdi. Vensin sözləri məhz həmin şəxslərə qarşı idi. Təəssüf ki, keçmiş səfir bu fikirləri kontekstdən çıxararaq təqdim edib. Bu isə sadəcə manipulyasiyadır", - deyə baş nazir vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
13
50
olaylar.az

10Sources