EN

NATO Vaşinqtona çağırış edib

Ajans.az lenta ru-ya istinadən xəbər verir ki, NATO-nun baş katibi Mark Rutte bildirib ki, ABŞ-ın öz hərbi ehtiyatlarını kifayət qədər səviyyədə saxlamaq istəyini başa düşür, lakin Vaşinqtonu Ukraynaya silah tədarükü məsələsində daha çevik olmağa çağırıb. Onun sözlərini Reuters yayıb. “ABŞ-ın kollektiv müdafiə üçün lazımi səviyyədə ehtiyat saxlamaq istəyini tam anlayıram... Amma hamımız ümid edirik ki, Ukraynanın zəruri dəstəyi ala bilməsi üçün müəyyən çeviklik göstəriləcək,” – deyə NATO baş katibi vurğulayıb. Rutte daha əvvəl bildirib ki, Ukrayna Qərb ölkələrinin verdiyi hərbi yardımlar olmadan müharibədə davam gətirə bilməz. Onun sözlərinə görə, Avropa ölkələri isə əksinə, Kiyevə dəstəyi artırmaq niyyətindədirlər.

Qeyd edək ki, 2 iyulda Pentaqon bəzi zenit raketlərinin və digər yüksək dəqiqlikli sursatların Ukrayna Silahlı Qüvvələrinə tədarükünü dayandırıb. Buna səbəb kimi ABŞ-ın öz silah ehtiyatlarının tükənməsi qorxusu göstərilib

Chosen
8
50
Ajans.az

10Sources