EN

Ulduzunu partladaraq ölmək istəyən planet tapıldı: Tamamilə yeni bir fenomendir

Astronomlar öz ulduzunun ətrafında “ölüm arzusu” ilə yaxından və sürətlə fırlanan planetin ilk dəlillərini aşkar ediblər.

Publika.az xəbər verir ki, alimlərin iddiasına görə, ulduz partlayışları planeti məhv edəcək.

“HIP 67522 b” adlanan bu planet Yupiterin ölçüsünə yaxındır, lakin daha nazikdir və öz ulduzu “HIP 67522” ətrafında yeddi günlük sıx orbitə malikdir.

Lakin bu sıx orbitlər ulduzun maqnit sahəsini pozaraq, böyük ulduz partlayışlarının yenidən planetə atılmasına və onun kiçilməsinə səbəb olur. Alimlərin iyulun 2-də “Nature” jurnalında dərc olunan araşdırmasına görə, ilk dəfədir ki, planetin öz ulduzuna təsir etməsi müşahidə edilir.

Tədqiqatın aparıcı müəllifi, Niderland Radio Astronomiya İnstitutunun (ASTRON) astrofiziki Yekaterina İlin "Planet xüsusilə enerjili alovları işə salır" deyib.

"Ulduzun maqnit sahəsi xətləri boyunca göndərdiyi dalğalar müəyyən anlarda alışmalara səbəb olur. Amma bu alovların enerjisi dalğaların enerjisindən qat-qat böyükdür. Bizcə, dalğalar baş verəcək partlayışları tətikləyir", - alim bildirib.

Chosen
1
8
publika.az

10Sources