EN

Simonyan: II Qaregin istefa verəcək

“Biz əminik ki, bütün ermənilərin katolikosu II Qaregin istefa verəcək”.

Bakues.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

“Biz əminik ki, o, gedəcək. Deyə bilmərəm ki, bu, öz istəyi ilə, ya ətrafındakı yepiskoplar, vicdanı və Tanrının ona hansısa şəkildə işarəsi ilə olacaq, amma olacaq”, – spiker bildirib.

Simonyanın sözlərinə görə, onların katolikosluğa namizədi yoxdur: “Komanda daxilində indiyə qədər heç kimin adı hallanmayıb”.

O qeyd edib ki, din xadimləri öz aralarından seçim etməlidirlər.

Potensial namizədin andını pozmadığına necə əmin olacaqlarına gəlincə, Simonyan vurğulayıb: “Məncə, indi ən böyük problem katolikosun getməməsi ilə bağlıdır”.

Chosen
13
29
icma.az

10Sources