AZ

Erməni spiker Qareginin tezliklə postunu tərk edəcəyinə əmindir

Ermənistan parlamentinin spikeri Alen Simonyan əmindir ki, bütün ermənilərin katolikosu II Qaregin tezliklə tutduğu postdan imtina edəcək.

"Report" yerli KİV-ə istinadən xəbər verir ki, o, bu barədə parlamentdə jurnalistlərə bildirib.

"Əminəm ki, çox tezliklə o gedəcək", - o bildirib.

Bununla belə, A.Simonyan bu əminliyin haradan qaynaqlandığını dəqiqləşdirməyib. Spiker vurğulayıb ki, hakim "Vətəndaş müqaviləsi" partiyasının katolikos taxtı üçün namizədi yoxdur.

Qeyd edək ki, bu günlərdə Ermənistan baş naziri Nikol Paşinyan bütün ermənilərin katolikosunun növbədənkənar seçkilərinin keçirilməsinin zəruriliyini bəyan edib.

May ayının sonundan etibarən Paşinyan II Qareginə və Erməni Apostol Kilsəsinin (EAK) arxiyepiskoplarına qarşı sərt bəyanatlarla çıxış edir, katolikosdan subaylıq andını pozması barədə məlumatlar səbəbindən taxtı tərk etməsini tələb edir.

Seçilən
5
26
report.az

10Mənbələr