AZ

Qondarma Artsax sakinləri mitinqə GEDİR İrəvanda ŞOK

News24 portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Hazırda Ermənistanın müxtəlif rayonlarında yerləşdirilmiş məcburi köçkün Qondarma "Artsax" sakinləri İrəvanda keçiriləcək yürüşə aparılır.

News24.az bu barədə Ermənistan KİV-ə istinadən məlumat yayıb. Mənbələrin bildirdiyinə görə, bu insanların bir hissəsi təzyiqlərlə və ya manipulyativ vədlərlə aksiyaya cəlb edilir. 

Bildirilir ki, məqsəd isə bu şəxslərdən siyasi və təbliğat vasitəsi kimi istifadə etməkdir.

Artsaxdan məcburi köçkün düşmüş şəxslər artıq bir neçə aydır ki, ağır sosial və psixoloji vəziyyətdə yaşamağa məcbur qalıblar. İndi isə onların siyasi məqsədlər uğrunda yenidən istismar edilməsi ictimai narahatlıq yaradıb.

Müşahidəçilər bu cür yürüşlərin Ermənistan daxilində sabitliyi pozmaq və regionda gərginliyi artırmaq məqsədi daşıya biləcəyini qeyd edirlər. Hadisə ilə bağlı rəsmi qurumların hələlik açıqlaması yoxdur.

Aqil

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
50
news24.az

10Mənbələr