EN

Astarada ağacdan yıxılan kişi öldü

Astara rayonunda ağacdan yıxılan kişi ölüb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Ovala kəndində baş verib.

Ağ Körpü kənd sakini, 1970-ci il təvəllüdlü Surxay Seyyidəhməd oğlu Abdullayev ağac budayarkən 30 metr hündürlükdən yıxılaraq aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə baxış keçirdikdən sonra onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayonlararası Zona Mərkəzinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Chosen
17
50
bakivaxti.az

10Sources