ain.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.
"Qalatasaray"a transferi gündəmdə olan Hakan Çalhanoğlu Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun hədəfinə düşüb.
İdman.biz xəbər verir ki, "İnter"də baş məşqçisi olmuş Simone İnzagi türkiyəli futbolçunu yeni komandasında da görmək istəyir.
Ərəbləin 31 yaşlı pleymeykerə illik maaşı 20 milyon avro məbləğində olmaqla üç mövsümlük müqavilə təklif etdikləri, həmçinin gələcəkdə klubun texniki heyətində yer almaq vədi verdikləri bildirilir.
Qeyd edək ki, 2021-ci ildən "İnter"də çıxış edən Çalhanoğlu ötən mövsüm klubun heyətində bütün turnirlərdə 47 oyunda 11 qol vurub.
İdman.biz
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.