AZ

"Mançester Yunayted" və "Əl-Nəsr" onun uğrunda mübarizə aparır

PSJ-nin yarımmüdafiəçisi Fabian Ruiz yay transfer pəncərəsində komandadan ayrıla bilər.

90deqiqe.Az xəbər verir ki,  İngiltərənin "Mançester Yunayted"i və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu ispan futbolçunun xidmətində maraqlıdır. Sözügedən klublar artıq futbolçunun agenti ilə əlaqə saxlayıb. Lakin PSJ-nin baş məşqçisi Luis Enrike isə Ruizi saxlamaq istəyir.

Buna baxmayaraq "Mançester Yunayted" danışıqları sürətləndirməyə çalışır ki, rəqibi "Əl-Nəsr"i qabaqlasın. Səud klubu isə parislilərə böyük təklif hazırlayır.

Fabian Ruiz 2022-ci ildən "PSJ"də çıxış edir. 2024/25 mövsümündə o, 58 oyuna çıxıb, 6 qol vurub və 11 məhsuldar ötürmə edib. Transfermarkt bazar dəyəri 40 milyon avro qiymətləndirilir.

Seçilən
12
50
90deqiqe.az

10Mənbələr