"Mançester Yunayted" yay transfer pəncərəsində yeni qapıçı almağı planlaşdırır.
90deqiqe.Az-ın məlumatına görə, "qırmızı şeytanlar" "Botafoqo"nun qapıçısı Jon Viktorun xidmətində maraqlıdır. Klub nümayəndələri klublararası dünya çempionatının 1/8 final mərhələsində "Botafoqo" – "Palmeyras" oyununu izləyib. İngiltərə klubu artıq 29 yaşlı qolkiperin agenti ilə əlaqə saxlayıb.
Transfermarkt portalına görə, Jon Viktorun dəyəri 8 milyon avrodur. O, 2023-cü ildə İspaniyanın "Valyadolid" klubunda icarə əsasında çıxış edib. Hazırda "Mançester Yunayted"in əsas qapıçısı Andre Onanadır, lakin o, tez-tez səhvlərə görə tənqid olunur.