BAKI. 4 iyul. TELEQRAF
Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan yeni təyinat alıb.
Teleqraf xəbər verir ki, Konfrans Liqasının II təsnifat mərhələsinin Serbiyada yerli “Novi Pazar” və Polşanın “Yagelloniya” komandaları arasında görüşünün hakim-inspektoru B.Quliyev olacaq.
İyulun 24-də “Qradski” stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.