EN

"Əl-Nəsr"dən Martinelliyə rekord təklif

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu "Arsenal"ın braziliyalı cinah oyunçusu Qabriel Martinellini transfer etmək istəyir.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə "talkSPORT" məlumat yayıb.

Mənbənin yazdığına görə, Yaxın Şərq təmsilçisi 23 yaşlı futbolçunun keçidi üçün 73 milyon funt sterlinq ödəməyə hazırdır. Əgər bu keçid baş tutsa, "topçular" tarixində ən yüksək məbləğə satılan futbolçu olacaq.

"Əl-Nəsr" əvvəlcə "Liverpul"un hücumçusu Luis Diası transfer etməyə çalışsa da, bu istiqamətdə danışıqlar dalana dirənib. Beləliklə, Martinelli həmin transferin alternativi kimi nəzərdən keçirilir.

Buna baxmayaraq, "Arsenal" rəhbərliyi braziliyalı oyunçunu heyətdə saxlamaq niyyətindədir və onunla yolları ayırmaq planlaşdırılmır.

Qeyd edək ki, Martinelli geridə qalan mövsümdə bütün turnirlərdə 51 matçda iştirak edib, 10 qol vurub və 6 məhsuldar ötürmə verib. Onun London klubu ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalı futbolçunu 55 milyon avro dəyərində qiymətləndirir.

Chosen
22
38
90deqiqe.az

10Sources