EN

"Yuventus" kanadalı futbolçunun transferini rəsmi olaraq açıqladı

"Yuventus" rəsmi olaraq Conatan Devidin transferini elan edib.

Sportal.az xəbər verir ki, 25 yaşlı hücumçu ilə 2030-cu ilin iyun ayına qədər nəzərdə tutulan 5 illik müqavilə imzalanıb. Əvvəlki klubu "Lill"lə müqaviləsi başa çatan Devid "Yuventus"a azad agent statusunda keçib.

Bununla belə, Turin klubu futbolçunun qeydiyyat prosesi ilə bağlı 12,5 milyon avro əlavə xərcə düşdüyünü açıqlayıb. Bu məbləğ üç maliyyə ili ərzində ödəniləcək.

Qeyd edək ki,Kanada millisinin hücumçusu ötən mövsüm Liqa 1-də 16 qol vuraraq "Lill"in ən yaxşı bombardiri olub.

saytlarin hazirlanmasi

Chosen
30
4
sportal.az

10Sources