EN

Klublararası dünya çempionatında ilk yarımfinalçı müəyyənləşdi

style='margin-bottom:10px;'>

Klublararası dünya çempionatında 1/4 final mərhələsi start götürüb.

QOL.az xəbər verir ki, bu mərhələnin ilk oyununda Braziliya təmsilçisi "Fluminense" Səudiyyə Ərəbistanı "Əl-Hilal"ı ilə qarşılaşıb. Matç "Fluminense"nin qələbəsi ilə yekunlaşıb. 

Braziliya klubu yarımfinalda “Palmeyras” (Braziliya) - “Çelsi” (İngiltərə) duelinin qalibi ilə üz-üzə gələcək. 

Qeyd edək ki, ABŞ-da təşkil olunan turnirə iyulun 13-də yekun vurulacaq.

Klublararası dünya çempionatı, 1/4 final 

4 iyul

“Fluminense” (Braziliya) - “Əl-Hilal” (Səudiyyə Ərəbistanı) - 2:1
Qollar:
Martinelli, 40 (1:0), Markos Leonadro, 51 (1:1), Herkules, 70 (2:1)

Chosen
28
4
teleqraf.com

10Sources