Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ-ı iki ölkə arasında münasibətləri normallaşdırmağa çağırıb.
Bakues.az xəbər verir ki, bu barədə “Le Monde” yazıb.
Belarus lideri ABŞ Prezidenti Donald Trampa Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərərək, Minsk və Vaşinqton arasında münasibətlərin yenidən yaxşılaşacağına ümid etdiyini bildirib.
O, Donald Trampın prezidentliynini birinci dövründə artıq yaxınlaşma istiqamətində addımların atıldığını xatırladıb və “hər iki ölkənin xalqlarının maraqlarına uyğun gəlməyən” “indiki vəziyyəti dəyişdirməyə” çağırıb.