Polşa Xarici İşlər Nazirliyi (XİN) Rusiya diplomatik missiyasına ölkənin Kiyevdəki səfirliyinə zərər dəyən hava hücumunda ittiham edərək nota göndərib.
Bakues.az xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyinin X sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.
“Xarici İşlər Nazirliyi Rusiya səfirliyinə hava hücumlarına kəskin etirazını bildirən nota göndərib”, – deyə məlumatda bildirilir.
Nazirlik qeyd edib ki, hücum “beynəlxalq hüquqa, xüsusən də Diplomatik Münasibətlər haqqında 1961-ci il Vyana Konvensiyasına ziddir”.