EN

El Pais: “Zelenskinin Trampa münasibəti dəyişib” | VİDEO

AzVision.az xəbər verir ki, İspaniyanın “El Pais” qəzetində dərc olunan materialda belə deyilir.

“O vaxtdan bəri Kiyevdən gələn hər bir ictimai mesajda Trampa təşəkkürlər yer alır. Bu yaltaq ritorikanın səbəbi Ukraynanın ABŞ-nin yardımından asılılığından başqa bir şey deyil”, - nəşr yazır.

Qəzetin iddiasına görə, ABŞ Ukraynaya dəstəyin dayandırılması məsələsini nə qədər tez-tez gündəmə gətirirsə, Zelenski də Qərbin köməyinə görə bir o qədər minnətdarlığını bildirir.

Heqset özü Ukraynaya yardımı dayandırıb
Xatırladaq ki, iyulun 2-də ABŞ-nin Ukraynaya “Patriot” sistemləri və onlar üçün raketlər, dəqiq idarəolunan “GMLRS” döyüş sursatları və “Hellfire” raketləri, habelə digər silahların tədarükünü dayandırdığı açıqlanıb. Ukraynanın Xarici İşlər nazirliyi bu məlumatı müzakirə etmək üçün ABŞ-nin müvəqqəti işlər vəkili Con Qinkeli çağırıb.

“Politico” nəşrinin yazdığına görə, bu qərarın fonunda Kiyev taktikasını dəyişmək qərarına gəlib və hərbi yardım əvəzinə Vaşinqtondan Avropa ölkələrindən Amerika silahlarını alıb Ukrayna tərəfinə ötürmək üçün icazə istəyib.


Sahil İsgəndərov
AzVision.az
Chosen
23
9
azvision.az

10Sources