EN

“Lays”də kanserogen maddələr aşkarlandı - ZƏHƏR SAÇIR

“Lays” çirsilərinin tərkibində potensial kanserogen maddə olan mineral yağları aşkarlanıb.

Bakıvaxtı.az bu barədə “Leparisien.fr”ə istinadən xəbər verir.

Məlumata görə, bu mineral yağlar kanserogen, mutagen və həmçinin endokrin pozucu ola bilər. Xüsusilə, onların xərçəngə yol açması mümkündür. Eləcə də genetik quruluşu dəyişdirə, hormonal sistemi poza bilər. Onlar məhsuldarlığın azalmasına, erkən cinsi yetkinliyin inkişafına, fetal malformasiyalara və diabet kimi metabolik xəstəliklərin inkişafına səbəb olur.

Mineral yağlar orqanlarda da toplana və onları - xüsusən də qaraciyər və dalağı zədələyə bilər.

A.Baxış

Chosen
6
5
bakivaxti.az

10Sources