EN

"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək

İngiltərənin "Liverpul" klubu mərhum futbolçu Dioqu Jotanın müqaviləyə əsasən almalı olduğu məbləği ailəsinə ödəyəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Portuqaliyanın "Record" nəşri məlumat yayıb.

Mersisayd təmsilçisi sözləşmənin qalan iki ili üçün həmin pulu hücumçunun yaxınlarına verəcək.

Qeyd edək ki, Portuqaliya millisinin üzvü iyulun 3-də qardaşı Andre Silva ilə birlikdə avtomobil qəzasında həlak olub. 2020-ci ildən "Liverpul"da çıxış edən Jota 182 oyunda 65 qol və 26 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2024/2025 mövsümündə komanda ilə İngiltərə Premyer Liqasının qalibi olub.

Chosen
17
20
bakivaxti.az

10Sources