EN

DKÇ-də qeyri-adi hadisə: Gələcək komandasına qol vurdu

Klublararası dünya çempionatının 1/4 final mərhələsinin “Palmeyras” – “Çelsi” oyunu keçirilib. Görüş londonluların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Publika.az xəbər verir ki, braziliyalıların yeganə qolunu Estevao vurub. O, demək olar ki, öz komandasına qol vurub. "Çelsi" daha əvvəl 18 yaşlı forvardı "Palmeyras"dan 34 milyon avro və əlavə 27 milyon bonusa transfer etmişdi.

Turnirdən əvvəl klublar Estevaonun doğma komandasında oynaması ilə bağlı razılığa gəliblər. Baxmayaraq ki, onun londonlularla müqaviləsi iyulun 1-dən qüvvədədir.

Qeyd edək ki, bu, Estevaonun turnirdə ilk və son qolu olub.

Heybət

Chosen
15
34
publika.az

10Sources