ain.az, Idman.biz portalına istinadən məlumat yayır.
Formula-1 üzrə dünya çempionatında Böyük Britaniya Qran-prisinin təsnifat mərhələsi keçirilib.
İdman.biz xəbər verir ki, "Silverstoun" avtodromunda ən yaxşı nəticədə Maks Ferstappen imza atıb.
"Red Bull"un niderlandlı sürücüsü sabah keçiriləcək əsas yarışa ilk mövqedən start verəcək. O, "Maklaren" sürücülərini qabaqlayıb. Maksı sıralamada Oskar Piastri (+0,103) və Lando Norris (+0,118) izləyəcək.
Qeyd edək ki, Ferstappen mövsümdə 4-cü poulunu qazanıb. Yarışa sabah saat 18:00-da start veriləcək.
İdman.biz
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.