“Çelsi” ABŞ-də keçirilən klublararası dünya çempionatının ikinci yarımfinalçısı olub.
Msport.az xəbər verir ki, London klubu 1/4 finalda Braziliyanın “Palmeyras” klubunu məğlub edib – 2:1.
Yarımfinalda Enzo Mareskanın yetirmələri Braziliyanın digər klubu “Fluminense” ilə qarşılaşacaq. “Fluminense” 1/4 finalda Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna 2:1 hesabı ilə qalib gəlib.
Klublararası dünya çempionatına iyulun 13-də yekun vurulacaq.