EN

"Kəpəz" hücumçuya görə "Neftçi"yə "elçi" düşüb

Yeni mövsümə hazırlaşan "Kəpəz" heyəti gücləndirmək yönündə çalışmaları davam etdirir.

İdman.biz Sport24.az-a istinadən xəbər verir ki, "sarı-göylər" bu dəfə "Neftçi"yə "elçi" düşüb.

Gəncə klubunun rəhbərliyi "ağ-qaralar"ın hücumçusu Ağadadaş Salyanskini icarəyə götürmək istəyir. Ancaq tərəflər arasında hələ ki, bu mövzuda razılıq əldə olunmayıb. Paytaxt klubu 21 yaşlı forvarda görə gəncəlilərdən vaxt istəyib.

Qeyd edək ki, hücumçu Misli Premyer Liqasında 29 oyuna çıxıb, 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

İdman.biz

Chosen
5
21
idman.biz

10Sources