“Neftçi” yeni mövsüm üçün növbəti transferini rəsmiləşdirib. 


Rekord.az xəbər verir ki, fransalı sağ vinger İmad Faraj artıq “Neftçi” ailəsinin üzvüdür.


26 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb.


"Lill" akademiyasında yetişən Faraj Fransa, Portuqaliya və Belçika liqalarında oynayıb, sonuncu klubu AEK (Larnaka) ilə Kipr kubokunun qalibi olub.


Faraj Fransanın U-16, U-17, U-18 və U-19 milli komandalarının şərəfini qoruyub.