AZ

“Kəpəz” 3 futbolçu ilə anlaşmağa yaxındır baş məşqçi onları istəyir

Idmanxeber.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Növbəti mövsüm üçün hazırlıqlarını davam etdirən “Kəpəz” klubu bəzi futbolçularla bağlı qərarını verib.

İdmanxeber.az-a verilən məlumata görə, Gəncə təmsilçisi ötən mövsüm komandada çıxış edən Əli Səmədov, Ümid Səmədov və Elmir Tağıyevi heyətdə saxlamaq niyyətindədir.

Baş məşqçi Adil Şükürov onları komandada görmək istəyir. Rəhbərlik də adıçəkilən oyunçularla danışıqlara başlayıb.

Tərəflərin anlaşmağa yaxın olduğu bildirlir. Son anda fikir ayrılığı yaranmasa, 3 futbolçu da növbəti mövsüm “Kəpəz”də çıxış edəcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
2
idmanxeber.az

10Mənbələr