ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putin barədə yeni açıqlama verib.
KONKRET.az xəbər verir ki, Tramp Putinin sanksiyalar qarşısında dayanıqlı mövqe nümayiş etdirdiyini qeyd edib:
“Biz daim sanksiyalardan danışırıq. Düşünürəm, o (Putin) bundan məmnun deyil, amma siz də bilirsiniz, o bu sanksiyalarla bacardı. Həqiqətən də, çox sərt sanksiyalardır. Biz indi də sanksiyalardan danışırıq və o başa düşür ki, yeni sanksiyalar tətbiq oluna bilər. O, peşəkardır”, – deyə Tramp vurğulayıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az