EN

ABŞ Türkiyəyə qarşı “Kürd kartı”nı GÜCLƏNDİRİR

İraq Kürdüstanı rəhbərliyinin Altunkörpü bölgəsindəki türkmən əhaliyə təzyiqləri artmaqdadır.

Yerli mənbələrin məlumatına görə, bölgədə yaşayan türkmənlər sıxışdırılaraq ərazilərini tərk etməyə məcbur edilir.

Müşahidəçilər bu prosesin Altunkörpünün tarixi türk yurdu kimliyini zəiflətmək və bölgəni kürdləşdirmək məqsədi daşıdığını bildirirlər.

Bu, Türkiyənin "Terrorsuz Türkiyə" layihəsinə qarşı qurulmuş bir tələ ola bilərmi? Bu addımlar Türkiyənin planlarını pozmağa yönəlib? 

Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib ki, İraq Kürd muxtariyyətinin rəhbərinin buradan Türkmənləri sıxışdırmasi ilk hal deyil:

"Buradan türkmənlərin sıxışdırmasi ilk hal deyil. Türkmənlər daima İraqın şimalında kürdlərin basqıları ilə üzləşib. Kərkükdə, Mosulda və digər yerlərdə həyata keçirilir. Türkmənlər ilk növbədə birlik nümayiş etdirməlidir. Türkiyə onlara dəstək verməlidir. ABŞ kürdlərə dəstək verir. Ona görə belə təşkilatlanıblar". 

O bildirib ki, Türkiyə bu məsələyə daha aktiv şəkildə müdaxilə etməlidir:

“Mövcud vəziyyət göstərir ki, Türkiyənin lazımi səviyyədə dəstək verməməsi nəticəsində bölgədəki türkmənlər diskriminasiya siyasətinin qurbanına çevriliblər.

Təbii ki, Türkiyənin “Terrorsuz Türkiyə” layihəsi və PKK-nın silah qoyması bəzi qlobal gücləri narahat edir.

Məhz bu səbəbdən indi kürd–türkmən problemi süni şəkildə qabardılır və bu məsələ üzərindən bölgədə yeni gərginlik yaradılmağa çalışılır". 

Chosen
4
9
cebheinfo.az

10Sources