AZ

Türkiyə və Azərbaycan prezidentləri Xankəndidə nələri müzakirə edib?

BAKI, 4 iyul. TELEQRAF

Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Xankəndidə keçirilən 17-ci Zirvə toplantısı çərçivəsində görüşündə müzakirə olunan məslələr açıqlanıb.

Teleqraf xəbər verir ki, görüşdə Türkiyə ilə Azərbaycan arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.

Prezident Ərdoğan Türkiyə-Azərbaycan həmrəyliyinin nümunəvi olduğunu, iki ölkə arasında enerji və nəqliyyat sahələrində əməkdaşlığın artırılmasının vacib olduğunu vurğulayıb.

O qeyd edib ki, Türkiyənin Azərbaycan ilə Ermənistan arasında davamlı sülh danışıqlarını yaxından izləyir və Azərbaycanın qanuni tələblərinə cavab verəcək bir sazişin imzalanmasını gözləyir.

Türkiyə lideri İran ilə İsrail arasında atəşkəsin müsbət qarşılandığını, bölgədə davamlı sülhün təmin olunmasının hər kəs üçün faydalı olduğunu bildirib.

Seçilən
8
50
teleqraf.com

10Mənbələr