Rusiya iyulun 5-nə keçən gecə Xarkov vilayətinin Çuquyev şəhərinə dronlarla hücum həyata keçirib.
Hücum nəticəsində şəhərin müxtəlif obyektləri və yaşayış sahələri ciddi zərər görüb.
Ulusal.az xəbər verir ki, hadisə zamanı 11 nəfər xəsarət alıb, onlardan ikisi azyaşlıdır.
Şəhərdəki mühüm sənaye obyektlərindən birində güclü yanğın baş verib və yanğının söndürülməsi hal-hazırda da davam edir. Digər zərbə poçt şöbəsinə və istifadə olunmayan binaya dəyib. Nəticədə bir neçə ev və avtomobil alışıb.
Ukraynanın Fövqəladə Hallar Xidməti əraziyə 93 xilasedici və 29 texnika göndərib. Əməliyyatlarda pirotexnik qrupları, tibb heyəti və xüsusi yanğınsöndürmə qatarı iştirak edir.